
- Bişən yeməyin yağ və buxarının ilk rastlaşdığı yer aspiratordur. Eyni zamanda yemək hazırlanan yer də açıq olduğu üçün gigiyenanın ən əhəmiyyətli olduğu yerdir.
- Təmizliyi sistemli şəkildə aparılmayan aspiratorların üstündəki yağlar asanlıqla tutuşub yana bilər.
Yığılan yağlar yeməklərin üstünə damlayaraq yeməyin və mətbəxin gigiyenasını pozur.
- Müəssisənin ağır yağ iyi gəlməsinə səbəb olur.
- Aspiratorun çirkli görünüşü müəssisənin keyfiyyətini və imicini aşağı salır.
- Mühərriyin təmizlənməsi
Yemək bişdiyi zaman çıxan yağlı buxarın kanaldan atılması vəzifəsini ventilyator mühərriyi həyata keçirir. Dövri olaraq təmizlənməyən mühərriyin yarpaqları (dilləri) yağla əlaqədar həm kütlə olaraq ağırlaşır, həm də dövriyyə sayı olaraq ağırlaşır. Qısaca, iş həcmi aşağı düşür və lazımsız elektrik istifadəsinə səbəb olur. Yığılmış yağ faizinə görə bu sərfiyyat 30% -ə çata bilər. Hətta, mühərrik yanaraq, iş itkisinə və maddi itkiyə yol açar.